“Old London Village” kottec kompleksi Abşeronun ən nüfuzlu istirahət məkanlarından birində — mənzərəli Mərdəkan qəsəbəsində yerləşir. Şəhər infrastrukturdan cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən bu məkanda memarlar şəhərkənarı həyat üçün zəruri olan sakitlik, rahatlıq və harmoniya yaratmağa müvəffəq olublar. Bu unikal kompleks modern üslubda nəfis memarlığı, dizaynı və gözəllik həvəsini özündə birləşdirən, hər bir evin sənət əsərinə çevrildiyi bir məkandır.

Əlverişli məkan

Geniş infrastruktur

Təmirli 5 unikal kottec

İstirahət zonası: hovuz, manqal üçün yer və yaşıllıq

Modern üslubunda eksklüziv dizayn

24 saat videonəzarət və mühafizə

Kotteclər

Old London Village XIX–XX əsr Avropa memarlıq ənənələrinə yeni nəfəsin verildiyi məkandır.

Fasadlar mozaik plitələr, həmçinin sülh və firavanlıq rəmzi olan göyərçinlərin miniatür heykəlləri ilə bəzədilib. Dövrün ruhu hər bir detala hopdurulub — təbii ağacdan hazırlanmış qapılar və mebellər, rəssamlar tərəfindən bəzədilmiş kaminlər, incəliklə işlənmiş sürahilər və rəngarəng vitrajlar… Bu kompleks sanki insanı incəsənət və memarlığın harmonik vəhdət təşkil etdiyi Qaudi və Vaqner dövrünə qaytarır.

Hər kottecin sahəsi - 315 m²

Evdə rahatlıq üçün hər şey düşünülüb: geniş qonaq otağı, funksional mətbəx, üç rahat yataq otağı və son dəbə uyğun dörd sanitar qovşağı vardır. Nəhəng ölçülü mansardda isə müasir idman zalı qurmaq, ideal iş otağı və ya bütün ailə üçün rahat istirahət zonası yaratmaq mümkündür.

Birinci mərtəbədə geniş qonaq otağı, funksional mətbəx, texniki otaqlar və sanitar qovşağı var. İkinci mərtəbədə ayrıca sanitar qovşağı olan ev sahibinin yataq otağı və ümumi sanitar qovşağı otağı olan iki yataq otağı var.

Rahatlıq üçün burada da sanitar qovşağı var.

Tikinti

Tikinti prosesində hər bir evi keyfiyyət və estetikanın təcəssümünə çevrən ən yaxşı materiallardan istifadə olunub. Sanitar qovşaqlarda əl işi olan nəfis mozaikalar, köhnəldilmiş taxdadan düzəldilib quraşdırılmış mebellər interyerə xüsusi yaraşıq verir. Son toxunuş isə rəssam tərəfindən bəzədilmiş kaminlərdir. Bu əl işi hər bir evdə məkanı əsl sənət əsərinə çevirməklə, unikal şedevrlər yaradır.

İnteryer estetik baxımdan istilik avadanlıqları ilə pozulmasın deyə ilk iki mərtəbə döşəməaltı istiliklə təchiz edilib.

Kompleksin yaradıcıları tikinti və təmirin yüksək keyfiyyətinə əmin olduqları üçün 1 il müddətinə zəmanət verir və bu müddət ərzində yarana biləcək bütün problemləri aradan qaldırmağı öhdələrinə götürürlər.

İpoteka və ya daxili krediti ilə əldə etmək mümkündür.

Rahatlıq və özəl sahə

Hər bir kotec 500–700 m² sahəyə malik əlahiddə ərazidə yerləşir. Burada şəhərkənarı evin rahatlığı üçün hər şey düşünülüb. Şəxsi hovuz, rahat söhbətgah, manqal üçün yer, əlverişli parklama və gözoxşayan yaşıllıq komfort və məxfilik mühiti yaratmaqla, məkanı istirahət üçün ideal yerə çevirir.

Baş plan

Bütün kotteclər bir-birindən səliqəli hasarlarla ayrılaraq hər bir ailə üçün məxfilik və rahatlıq mühiti yaradır. Hər bir sahədə fərdi parklama sayəsində sakinlər qonşularını narahat etmədən şəxsi həyatlarından həzz ala bilərlər.

İnfrastruktur

Əsas magistraldan “Old London Village”-ə gedən yol yalnız bir neçə dəqiqəlik məsafədədir. Kompleksin yanındakı ərazidə böyük supermarketlər, məktəb və uşaq bağçası yerləşir. Bundan əlavə, hasardan kənarda köhnə park sahəsi var. Buradakı ağaclar öz mikroiqlimini yaratmaqla, havanı təmizləyir və oksigenlə zənginləşdirir. Yaxınlıqda Mərdəkan Dendrarisi, sanatoriyalar və “Dalğa Beach-Aqua Park”-ı yerləşir.

Bakıya
0 dəq.
dənizə
0 dəq.
supermarketə
0 dəq.

Smeta və sənədlər

Alıcı evin öz adına rəsmiləşdirilməsi üçün torpaq çıxarışı və bütün zəruri sənədlər daxil olmaqla tam sənədlər paketini alır.

Təmirli kottec

315 m² ~ 630 000 ₼

Torpaq sahəsi 500 m²

150 000 ₼

Torpaq sahəsi 700 m²

210 000 ₼

Xəyal etdiyiniz evi almağa tələsin!

Memarlığın təbiətlə qovuşduğu, rahatlıq və harmoniyanın hakim olduğu bu guşə artıq yeni sahiblərini gözləyir.

Bu mənzərəli kompleksdə həyat – təkcə komfort deyil, həm də təmiz havadan, şəhərkənarı həyatın sakitliyindən və dənizə yaxınlıqdan həzz almaq fürsətidir. Özünüzə hər günün bayram olduğu bir məkanda yaşamaq haqqı verin. Old London Village-də kottec alaraq, şəhərdən kənarda yeni həyat səviyyəsini kəşf edin!

Tələsin !

Bizimlə əlaqə

Suallarınız qalıbsa, xahiş edirik bizimlə əlaqə saxlayın!

Telefon

+994 50 403 34 60

E-mail

info@oldlondon.az

Ünvan

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 66-ci Mərdəkan küçəsi, 18 - 22
xaritədə baxmaq

Old London Village © 2025

Hosted by FortPage